AZ

ABŞ-da kilsəyə atəş açan şəxs öldürülüb (YENİLƏNİB)

Bazar günü Kentukki ştatının Leksinqton şəhərində baptist kilsəsinə atəş açan silahlı şəxs ölüb.

Ucnoqta.az xəbər verir ki, bu barədə “Reuters” ştat polisinə istinadən məlumat yayıb.

Polisin məlumatına görə, atışmada yalnız bir şübhəli şəxs iştirak edib.

23:47

Silahlı şəxs Leksinqtonda (Kentukki, ABŞ) Baptist kilsəsinə atəş açıb, nəticədə çoxlu sayda insan yaralanıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə ştatın qubernatoru Endi Beşir X sosial şəbəkəsində məlumat verib.

Onun sözlərinə görə, naməlum şəxs Riçmond yolunda patrul polisləri ilə atışmaya da girib. Zərərçəkənlərin hamısı xəstəxanaya yerləşdirilib.

Qubernator əlavə edib ki, hücumun təfərrüatları müəyyənləşdirilir və tezliklə məlumat veriləcək.

Seçilən
22
1
ucnoqta.az

2Mənbələr