AZ

ABŞ-da silahlı şəxs kilsəyə atəş açıb

Silahlı şəxs Leksinqtonda (Kentukki, ABŞ) Baptist kilsəsinə atəş açıb, nəticədə çoxlu sayda insan yaralanıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə ştatın qubernatoru Endi Beşir X sosial şəbəkəsində məlumat verib.

Onun sözlərinə görə, naməlum şəxs Riçmond yolunda patrul polisləri ilə atışmaya da girib. Zərərçəkənlərin hamısı xəstəxanaya yerləşdirilib.

Qubernator əlavə edib ki, hücumun təfərrüatları müəyyənləşdirilir və tezliklə məlumat veriləcək.

Seçilən
32
1
ucnoqta.az

2Mənbələr