AZ

Çörəyin qiyməti artdı: Yeni qiymətlər AÇIQLANDI

Türkiyədə Ticarət Palatası yeni çörək qiymətlərini təsdiqləyib.

Bizim.Media “Haber Global” telekanalına istinadən xəbər verir.

Qərara əsasən: 200 qram çörək – 15 TL, 1 kiloqram çörək – 75 TL-dir.

Əvvəllər 200 qram çörək 12,5 TL idi. İndi isə bəzi bölgələrdə, məsələn Adalarda 10% əlavə artımla bu qiymət 16,5 TL-yə qədər çata bilər.

Yeni tarif rəsmi maksimum qiyməti təyin edir. Fırınlar bu qiymətdən ucuz sata bilər, amma bahasına yox. Məsələn, 240 qram çörək isə 18 TL-yə satıla bilər.

Vətəndaşlar düzgün olmayan qiymət və çəkidə çörəklə qarşılaşdıqda Ticarət Müdirliyinə şikayət edə bilər. (news24.az)

Bizim.Media

Seçilən
13
5
bizim.media

10Mənbələr