AZ

Naxçıvanda ailə faciəsi: 54 yaşlı kişi qardaşı oğlunu qətlə yetirib?

Naxçıvanda qətl hadisəsi baş verib.

Bizim.Media xəbər verir ki, hadisə Şərur rayonunun Daşarx kəndində qeydə alınıb.

Bildirilib ki, Yeni Havuş kənd sakini, 1991-ci il təvəllüdlü İbrahim Əbülfəz oğlu İbrahimov qətlə yetirilib.

Onu qətlə yetirməkdə həmin kənd sakini, 1971-ci il təvəllüdlü Sabir İbrahim oğlu İbrahimov şübhəli bilinir.

Qeyd olunur ki, İ.İbrahimov S.İbrahimovun qardaşı oğludur, hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır. (Oxu.az)

Bizim.Media

Seçilən
38
18
bizim.media

10Mənbələr