AZ

Bələdiyyə sədrindən qeyri-adi addım: Yolu özü təmizlədi - VİDEO

Masallı rayonunun Kolatan kənd bələdiyyəsinin sədri Rauf Cəbiyev qeyri-adi addımı ilə diqqət çəkib. Belə ki, bələdiyyə ərazisinə daxil olan Sığdaş kəndində Şəhidlər bulağı kompleksinə su çəkilişindən sonra yolun çirklənməsi ilə bağlı bir qrup sakinin narazılığına sədr özünəməxsus şəkildə reaksiya verib.

Bizim.Media xəbər verir ki, o, süpürgə götürərək şəxsən kəndə yollanıb və günün istisində saatlarla yol kənarını təmizləyib. Rauf Cəbiyev bildirib ki, yaranmış narazılığa son qoymaq və nümunə göstərmək üçün bu qərarı verib:

"Hamı işsizlikdən gileylənir, amma iş təklif edəndə heç kim razılaşmır. Bu səbəbdən özüm işləməli oluram."



Sabutay, Bizim.Media, Cənub bürosu

Seçilən
22
50
bizim.media

10Mənbələr