AZ

Masallıda bələdiyyə sədri küçəni özü süpürdü- VİDEO

Masallı rayonunun Kolatan Bələdiyyə sədri Rauf Cəbiyev qeyri-adi addımı ilə diqqət çəkib. 

 

Sfera.az xəbər verir ki, Sığdaş kəndində Şəhidlər bulaq kompleksinə suyun çəkilişindən sonra bir qrup şəxs yolun çirkləndirildiyini əsas gətirərək, narazılıqlarını ifadə eediblər. Bələdiyyə sədri söz-söhbətə son qoymaq məqsədilə ilə özü şəxsən yolu süpürüb təmizləmək qərarına gəlib. 

 

"Hamı işsizlikdən şikayətlənir, lakin iş təklif edəndə heç kim işləmək istəmir. Məhz bu səbəbdən özüm işləməli oluram", - deyə Rauf Cəbiyev bildirib. 

 

Qeyd edək ki, bundan əvvəl də bələdiyyə sədri apardığı təmizlik işləri ilə gündəmə gəlib.

 

 

Seçilən
27
5
sfera.az

10Mənbələr