Tıva Respublikasının Qızıl şəhərinin 1 saylı xəstəxanasında həkimlər KT müayinəsi zamanı mədəsində yad cisimlərin çoxluğu aşkar edildikdən sonra 56 yaşlı xəstəni təcili olaraq xilas etməli olublar.
Tibb müəssisəsinin mətbuat xidmətinin “VKontakte” sosial şəbəkəsindəki səhifəsində bildirdiyinə görə, nəticədə endoskopiya şöbəsinin əməkdaşları anestezioloqlarla birlikdə ümumi anesteziya altında kişinin mədəsindən 27 alışqan və bir sikkə çıxara biliblər.
Hələlik həkimlər bu əşyaların kişinin mədəsinə necə daxil olduğunu anlaya bilmirlər. Xəstə izahat verməkdən imtina edib.
Eyni zamanda həkimlər bildirirlər ki, cərrahi müdaxilə olmadan bu qədər yad cismin çıxarılması unikal hal sayıla bilər./Publika.az
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta