Fələstinin HƏMAS radikal hərəkatı İsrailin ABŞ-ın idarə etdiyi Qəzza Humanitar Fondunun (GHF) ləğvini tələb edib.
Musavat.com xəbər verir ki, məlumat hərəkatın Telegram kanalında yerləşdirilmiş bəyanatında əksini tapıb.
Bu tələbi HƏMAS Fondun yardımpaylama məntəqələri yaxınlığına endirilən zərbələrdə çoxsaylı insan tələfatı ilə əsaslandırır.
HƏMAS-ın bəyanatında bildirilir ki, məntəqələri İsrail daha çox fələstinli öldürmək üçün tələyə çevirib:
“Bu, bütün ərəb dünyası və beynəlxalq ictimaiyyətin qeyri-insani mexanizmi sıradan çıxarmaq və onu yaradanları ədalət qarşısında cavablandırmaq üçün təcili tədbirlər görməsini tələb edir”.
Qətərin “Əl-Cəzirə” telekanalının daha əvvəl verdiyi məlumata görə, şənbə günü Qəzza zolağının cənubundakı Rəfah şəhərinin əl-Şakuş bölgəsində İsrail qüvvələri GHF obyektlərindən birinin qarşısında atəş açaraq 34 fələstinlini öldürüb. Qəzza Səhiyyə Nazirliyinin məlumatına görə, mayın sonundan fəaliyyətə başlayandan bəri GHF obyektlərində 800-dən çox fələstinli ölüb, 5000-ə yaxını isə yaralanıb.
“Cebheinfo.az”