HƏMAS İsrail və ABŞ tərəfindən idarə olunan Qəzzaya Humanitar Yardım Fondunun ləğvini tələb edib.
Axar.az xəbər verir ki, bu barədə qurumun Teleqram kanalında yayılan məlumatda qeyd olunub.
“Sionist-Amerika qüvvələri tərəfindən yardım paylama məntəqələri yaxınlığında davam edən sistemli qətllər onların xalqımızın mühasirəsində, aclıq və qətlində cinayətkar rolunu təsdiqləyir. Bunun üçün bütün ərəb dünyası və beynəlxalq ictimaiyyətin bu qeyri-insani mexanizmi dağıdıb onu yaradanların ədalət qarşısında cavab verməsi üçün dərhal hərəkətə keçməsini tələb edirik”, - məlumatda qeyd olunub.
Qeyd edək ki, “Əl Cəzirə” telekanalı Qəzzanın cənubundakı Rəfah şəhərinin Əl-Şakuş məhəlləsində yardım fondunun obyektlərindən birinin qarşısında 34 fələstinlinin güllələndiyi barədə məlumat yaymışdı.