AZ

Etilen-Polietilen və Polimer Zavodlarının qurğuları dayandırılıb » AzadMedia.az


Sumqayıt şəhərindəki “Azərikimya” İB-nin Etilen-Polietilen Zavodunun texnoloji rejimində (qaz sərfölçənində) nasazlıq yarandığı üçün Etilen-Polietilen Zavodu və eyni emal zənciri üzərində olan SOCAR Polimer Zavodunun qurğuları dayandırılıb.

Bu barədə “Azərikimya” İB-dən məlumat verilib.

Bildirilir ki, zavodların məşəllərində yanma və tüstülənmə müşahidə olunur. Zavodların yenidən işə buraxılması istiqamətində hazırlıq işləri görülür.
Seçilən
2
16
azadmedia.az

10Mənbələr