AZ

Sumqayıtda zavodlarda tüstülənmə - Qurğular dayandırıldı

Sumqayıt şəhərindəki “Azərikimya” İB-nin Etilen-Polietilen Zavodunun texnoloji rejimində (qaz sərfölçənində) nasazlıq yarandığı üçün Etilen-Polietilen Zavodu və eyni emal zənciri üzərində olan SOCAR Polimer Zavodunun qurğuları dayandırılıb.

Sitat.info xəbər verir ki, bu barədə Report-a “Azərikimya” İB-dən məlumat verilib.

Bildirilir ki, zavodların məşəllərində yanma və tüstülənmə müşahidə olunur. Zavodların yenidən işə buraxılması istiqamətində hazırlıq işləri görülür.

Seçilən
4
14
sitat.info

10Mənbələr