Bakı. Trend:
ABŞ tərəfindən vurulan İranın nüvə mərkəzlərində radioaktivmaddələrin şüalanması təhlükəsi olduqca ciddidir.
Trend-inməlumatına görə, bunu İran xarici işlər naziri Seyid Abbas Araqçibu gün (12 iyul) Tehranda xarici diplomatlarla görüşdə deyib.
Onun sözlərinə görə, hücumlardan sonra qalan sursatlarınpartlaması təhlükəsi də öz qüvvəsində qalır.
Araqçi bildirib ki, Atom Enerjisi üzrə Beynəlxalq Agentliyinmüfəttişlərinin İranın nüvə mərkəzlərinə yaxınlaşması iki cəhətdənmümkün deyil. Birincisi ölkə üçün bu məsələ təhlükəsizlikməsələsidir, ikincisi isə müfəttişlərin özünün cantəhlükəsidir.
Xatırladaq ki, 13 iyun səhər saatlarında İsrail İrana hərbi havazərbələr endirib. Zərbələr nəticəsində çoxlu sayda yüksək səviyyəlihərbçi, generallar, nüvə alimləri və başqa yüksək səviyyəlirəsmilər ölüb.
Elə həmin günün axşamı, İran “Doğru Vəd III” əməliyyatı iləİsrailə cavab verib: Tel-Əviv daxil olmaqla bir çox yerlərəyüzlərlə ballistik raket, pilotsuz uçuş aparatı buraxılıb, bu damülki itkilərə və geniş-miqyaslı dağıntılara yol açıb.
Xatırladaq ki, 22 iyunda ABŞ İranın üç nüvə obyektinə hərbi havahücumları edib. Hava hücumları nəticəsində İranın nüvəobyektlərinin məhv edildiyi qeyd olunub.
Əlavə edək ki, 23 iyun axşam saatlarında İran ABŞ-nin Qətərdəkihərbi bazasına hava zərbələri endirib.
24 iyunda İsrail baş nazirinin ofisi İsrail hökumətinin ABŞprezidenti Donald Trampın vasitəçiliyi ilə İranla atəşkəsərazılaşdığını elan edib.
İranın Ali Milli Təhlükəsizlik Şurası da bəyanat yayaraqhücumların dayandırıldığını qeyd edib.