Bakı. Trend:
İran diplomatiya və müzakirələrə zərbə vurulmayacağına əminolduğu halda, danışıqlara hazırdır.
Trend-inməlumatına görə, bunu İran xarici işlər naziri Seyid Abbas Araqçibu gün (12 iyul) Tehranda xarici diplomatlarla görüşündə deyib.
Onun sözlərinə görə, İran həmişə öz nüvə proqramı haqdadanışıqlara hazır olduğunu elan edib və gələcəkdə də hazır olacaq.Lakin müzakirələr yenidən başlandığı halda ABŞ və yaxud başqaölkələr tərəfindən bir daha müharibəyə sürüklənməyəcəyinə əminolmalıdır.
Araqçi deyib ki, nüvə proqramı ilə əlaqədar müzakirələr getdiyihalda İsrail ABŞ ilə koordinasiya edərək İrana hücum etdi. Sonraisə ABŞ özü də hücumlara qoşuldu.
Xatırladaq ki, 13 iyun səhər saatlarında İsrail İrana hərbi havazərbələr endirib. Zərbələr nəticəsində çoxlu sayda yüksək səviyyəlihərbçi, generallar, nüvə alimləri və başqa yüksək səviyyəlirəsmilər ölüb.
Elə həmin günün axşamı, İran “Doğru Vəd III” əməliyyatı iləİsrailə cavab verib: Tel-Əviv daxil olmaqla bir çox yerlərəyüzlərlə ballistik raket, pilotsuz uçuş aparatı buraxılıb, bu damülki itkilərə və geniş-miqyaslı dağıntılara yol açıb.
Xatırladaq ki, 22 iyunda ABŞ İranın üç nüvə obyektinə hərbi havahücumları edib. Hava hücumları nəticəsində İranın nüvəobyektlərinin məhv edildiyi qeyd olunub.
Əlavə edək ki, 23 iyun axşam saatlarında İran ABŞ-nin Qətərdəkihərbi bazasına hava zərbələri endirib.
24 iyunda İsrail baş nazirinin ofisi İsrail hökumətinin ABŞprezidenti Donald Trampın vasitəçiliyi ilə İranla atəşkəsərazılaşdığını elan edib.
İranın Ali Milli Təhlükəsizlik Şurası da bəyanat yayaraqhücumların dayandırıldığını qeyd edib.