
Suriyanın keçid dövrü prezidenti Əhməd Əl Şaraa iyulun 12-də Azərbaycana işgüzar səfərə gəlib.
Reyting.az xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı və ali qonağın şərəfinə fəxri qarovul dəstəsinin düzüldüyü Heydər Əliyev Beynəlxalq Aeroportunda Əhməd Əl Şaraanı Azərbaycan baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Fariz Rzayev və digər rəsmi şəxslər qarşılayıblar.