Suriyanın keçid dövrü Prezidenti Əhməd Əl Şaraa iyulun 12-də Azərbaycana işgüzar səfərə gəlib.
Qaynarinfo xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Suriya Prezidenti Əhməd Əl Şaraanı Azərbaycan Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Fariz Rzayev və digər rəsmi şəxslər qarşılayıblar.
12.50
Suriya Prezidenti Əhməd əl-Şaraa Azərbaycana rəsmi səfər edəcək.
Qaynarinfo xəbər verir ki, bu barədə Suriyanın "Sana" agentliyi məlumat yayıb.