İyulun 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti Əhməd əş-Şaraa ilə geniş tərkibdə görüşü olub.
Korrespondent.az AZƏRTAC-a istinadən xəbər verir ki, dövlətimizin başçısı Suriya Ərəb Respublikasının keçid dövrü prezidentini qarşılayıb.
Azərbaycan Prezidenti İlham Əliyev və Suriyanın keçid dövrü Prezidenti Əhməd əş-Şaraa rəsmi foto çəkdiriblər.
Bu dəqiqələrdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti Əhməd əş-Şaraa ilə məhdud tərkibdə görüşü keçirilir.