Azərbaycan Prezidenti İlham Əliyevin Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti Əhməd əş-Şara ilə iyulun 12-də geniş tərkibdə görüşü olub.
ONN media xəbər verir ki, dövlət başçısı Suriya Ərəb Respublikasının keçid dövrü Prezidentini qarşıladı.
Azərbaycan Prezidenti İlham Əliyev və Suriyanın keçid dövrü Prezidenti Əhməd əş-Şara rəsmi foto çəkdirdilər.
Bu dəqiqələrdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti Əhməd əş-Şara ilə məhdud tərkibdə görüşü keçirilir.