Yeni mövsümə hazırlığı Türkiyədə davam etdirən "Zirə" bu gün növbəti yoxlama matçını keçirəcək.


Rekord.az xəbər verir ki, Rəşad Sadıqovun baş məşqçisi olduğu komanda İordaniyanın “Əl-Hüseyin” klubu ilə qüvvəsini sınayacaq.


Görüş Bakı vaxtı ilə saat 18:00-da Fanatik Tur Meydançalarında baş tutacaq.


Komanda daha əvvəl Bakıda “Qarabağ”a qarşı keçirdiyi yoxlama matçında 0:4 hesabı ilə məğlub olub. Türkiyədə isə “Ankara Keçiörengücü”ndən üstün olub - 2:1.


Qeyd edək ki, "Zirə" UEFA Konfrans Liqasının II təsnifat mərhələsində "Hayduk"la üz-üzə gələcək. Komandalar arasında ilk matç iyulun 23-də, saat 19:30-da "Bakcell Arena"da cavab görüşü isə 31-də, Bakı vaxtı ilə saat 23:00-da “Polyud Stadium”da start götürəcək.