AZ

"Zirə" İordaniyanın "Əl-Hüseyin" klubuna qarşı

Yeni mövsümə hazırlıqlarını Türkiyədə davam etdirən "Zirə" bu gün növbəti yoxlama matçını keçirəcək.

“İki sahil” xəbər verir ki, Rəşad Sadıqovun komandası İordaniyanın "Əl-Hüseyin" klubu ilə qüvvəsini sınayacaq.

Görüş Bakı vaxtı ilə saat 18:00-da Fanatik Tur Meydançalarında baş tutacaq.

Komanda daha əvvəl Bakıda "Qarabağ"a qarşı keçirdiyi yoxlama matçında 0:4 hesabı ilə məğlub olub. Türkiyədə isə "Ankara Keçiörengücü"ndən üstün olub - 2:1.

Qeyd edək ki, "Zirə" UEFA Konfrans Liqasının II təsnifat mərhələsində "Hayduk"la üz-üzə gələcək. Komandalar arasında ilk matç iyulun 23-də, saat 19:30-da "Bakcell Arena"da, cavab görüşü isə ayın 31-də, Bakı vaxtı ilə saat 23:00-da "Polyud Stadium"da start götürəcək.

Seçilən
0
22
ikisahil.az

10Mənbələr