Yeni mövsümün Türkiyədə hazırlaşan “Turan Tovuz”un  təlim-məşq toplanışı çərçivəsindəki rəqiblərindən biri məlum olub.

Offsideplus.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Tovuz təmsilçisi İran Pro Liqasının son çempionu "Traktor"la qarşılaşacaq.

Görüş iyulun 29-da gerçəkləşəcək.

Təbriz təmsilçisi ilə oyunun başlanma saatı və məkanı barədə hələlik məlumat verilməyib.