Yeni mövsümün Türkiyədə hazırlaşan “Turan Tovuz”un təlim-məşq toplanışı çərçivəsindəki rəqiblərindən biri məlum olub.
Offsideplus.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Tovuz təmsilçisi İran Pro Liqasının son çempionu "Traktor"la qarşılaşacaq.
Görüş iyulun 29-da gerçəkləşəcək.
Təbriz təmsilçisi ilə oyunun başlanma saatı və məkanı barədə hələlik məlumat verilməyib.