AZ

“Zirə” İordaniya klubuna qarşı

Yeni mövsümə hazırlıqlarını Türkiyədə davam etdirən “Zirə” bu gün növbəti yoxlama matçını keçirəcək.

İdmanxeber.az xəbər verir ki, Rəşad Sadıqovun baş məşqçisi olduğu komanda İordaniyanın “Əl-Hüseyin” klubu ilə qüvvəsini sınayacaq.

Oyun saat 18:00-da Fanatik Tur Meydançalarında baş tutacaq.

Komanda daha əvvəl Bakıda “Qarabağ”a qarşı keçirdiyi yoxlama matçında 0:4 hesabı ilə uduzub. Türkiyədə isə “Ankara Keçiörengücü”ndən üstün olub – 2:1.

“Zirə” UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsində “Hayduk”la üz-üzə gələcək. Komandalar arasında ilk matç iyulun 23-də, saat 19:30-da “Bakcell Arena”da cavab görüşü isə 31-də, saat 23:00-da “Polyud Stadium”da start götürəcək.

Seçilən
3
22
idmanxeber.az

10Mənbələr