“Qarabağ”ın sabiq qapıçısı İbrahim Şehiçin yeni klubu bəlli olub.
Ölkə.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, 36 yaşlı qapıçı “Çorum” komandasına transfer olunub.
Bosniyalı qapıçı ilə 2+1 illik müqavilə imzalanıb. Onun son klubu Səudiyyə Ərəbistanın “Əl-Halic”i olub.
Qeyd edək ki, İbrahim Şehiç 2013-2018-ci illərdə “Qarabağ”da oynayıb. O, Ağdam təmsilçisinin heyətində 5 dəfə Azərbaycan çempionu olub, 3 dəfə Azərbaycan kubokunu qazanıb.