AZ

“Qarabağ”ın sabiq qapıçısı bu klubda oynayacaq

“Qarabağ”ın sabiq qapıçısı İbrahim Şehiçin yeni klubu bəlli olub. 

“Qafqazinfo” xəbər verir ki, 36 yaşlı qapıçı “Çorum” komandasına transfer olunub.

Bosniyalı qapıçı ilə 2+1 illik müqavilə imzalanıb. Onun son klubu Səudiyyə Ərəbistanın “Əl-Halic”i olub. 

Qeyd edək ki, İbrahim Şehiç 2013-2018-ci illərdə “Qarabağ”da oynayıb. O, Ağdam təmsilçisinin heyətində 5 dəfə Azərbaycan çempionu olub, 3 dəfə Azərbaycan kubokunu qazanıb.

Seçilən
6
3
qafqazinfo.az

4Mənbələr