AZ

Tramp Ukraynaya göndərəcəyi silahların pulunu NATO-dan alacaq - Biz silahları onlara verəcəyik, onlar da Ukraynaya...


ABŞ prezidenti Donald Tramp NBC News telekanalına müsahibəsində bildirib ki, Ukraynaya göndərilən Amerika silahlarının pulunu NATO müttəfiqləri ödəyəcək.

"Biz NATO-ya silah veririk və NATO isə bu silahlara görə 100 faiz ödəniş edir. Yəni göndərdiyimiz silahlar əvvəlcə NATO-ya, sonra isə Ukraynaya gedir", - Tramp deyib.

Trampın sözlərinə görə, bununla bağlı razılıq NATO-nun iyunda keçirilən sammitində əldə olunub.

Bundan əvvəl Almaniya kansleri Fridrix Merz Trampla ABŞ-dan Ukrayna üçün “Patriot” sistemlərinin alınmasını müzakirə etdiyini, lakin yekun qərarın hələ verilmədiyini bildirmişdi.

Bu arada, Reuters-in məlumatına görə, Tramp ikinci prezidentlik müddətində ilk dəfə Ukrayna üçün birbaşa olaraq yeni silah paketi ayıracaq. İndiyə qədər Trump administrasiyası yalnız sələfi Bayden tərəfindən təsdiqlənmiş göndərişləri həyata keçirirdi.

Yeni silahlar Pentaqonun mövcud ehtiyatından alınacaq. Paketin təxminən 300 milyon dollara başa gələcəyi gözlənilir və buraya “Patriot” hava hücumundan müdafiə raketləri və orta mənzilli zərbə raketləri daxil ola bilər.

TAHİR

Seçilən
41
50
baki-xeber.com

10Mənbələr