AZ

Ukraynaya silahları NATO vasitəsilə göndərəcəklərini açıqladı

ABŞ Prezidenti Donald Tramp ölkəsinin Ukraynaya silah tədarükünü NATO vasitəsilə həyata keçirmək üçün alyansla razılaşdığını bildirib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

Bildirilib ki, bu silahların xərclərini NATO qarşılayacaq.

ABŞ-dan göndəriləcək hərbi sursatın əvvəlcə NATO-ya təhvil veriləcəyini, daha sonra isə NATO tərəfindən Ukraynaya göndəriləcəyini bildirən Tramp deyib: "Silahları NATO-ya göndəririk və NATO bu silahların pulunu 100% ödəyir. Silahlar əslində NATO-ya çatmış olur. NATO da bu silahları Ukraynaya verir".

O, bu razılaşmanın keçən ay keçirilən NATO Zirvəsində əldə edildiyini vurğulayıb.

Eyni metodun Patriot hava müdafiə sistemlərinə də tətbiq olunacağını bildirən Tramp qeyd edib ki, Patriot sistemləri NATO-ya göndəriləcək, sonra NATO onları paylayacaq.

Seçilən
24
50
operativmm.az

10Mənbələr