AZ

Bank və digər kredit təşkilatlarının kredit portfeli 13,9 faiz artıb

Bakı, 11 iyul, AZƏRTAC

Mərkəzi Bankın təqdim etdiyi məlumata görə, 2025-ci il iyunun 1-nə ölkənin bank və digər kredit təşkilatlarının kredit portfeli əvvəlki ilin eyni dövrü ilə müqayisədə 13,9 faiz artaraq, milli valyuta ekvivalentində 30 milyard 188,8 milyon manat təşkil edib.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, ümumi kredit portfelinin 25 milyard 232,3 milyon manatı və ya 83,6 faizi uzunmüddətli kreditlərin payına düşüb. Kreditlərin 94 faizi banklar, 6 faizi isə bank olmayan kredit təşkilatları və kredit ittifaqları tərəfindən verilib.

Ödəmə vaxtı keçmiş kreditlərin məbləği il ərzində 9 faiz artaraq 508,3 milyon manat olub və ümumi kredit portfelinin 1,7 faizini təşkil edib.

Seçilən
29
3
azertag.az

10Mənbələr