BAKI, 11 iyul. TELEQRAF
Mərkəzi Bankın təqdim etdiyi məlumata görə, 2025-ci il iyun ayının 1-nə ölkənin bank və digər kredit təşkilatlarının kredit portfeli əvvəlki ilin eyni dövrü ilə müqayisədə 13,9 faiz artaraq, milli valyuta ekvivalentində 30188,8 milyon manat təşkil edib.
Teleqraf xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Ümumi kredit portfelinin 25232,3 milyon manatı və ya 83,6 faizi uzunmüddətli kreditlərin payına düşüb. Kreditlərin 94,0 faizi banklar, 6 faizi isə bank olmayan kredit təşkilatları və kredit ittifaqları tərəfindən verilib.Ödəmə vaxtı keçmiş kreditlərin məbləği il ərzində 9 faiz artaraq 508,3 milyon manat olub və ümumi kredit portfelinin 1,7 faizini təşkil edib.