Azərbaycan millisinin qapıçısı Yusif İmanov "Sabah"dan ayrılıb.
Apasport.az xəbər verir ki, o, bunu şəxsi sosial şəbəkə hesabında paylaşıb.
9 ildir Bakı təmsilçisinin şərəfini qoruyan İmanov bildirib ki, 2016-cı ildən “Sabah”ın formasını qürurla daşıyıb: “Bu illər ərzində bir çox oyunlarda iştirak etmək və bu ailənin üzvü olmaq mənim üçün böyük təcrübə və dəyərli mərhələ oldu. Lakin təəssüf ki, son 6 ayda klub daxilində mənə qarşı subyektiv yanaşma və ayrı-seçkilik halları, həmçinin uyğun şəraitin yaradılmaması karyerama, xüsusilə də millimizin gənc qapıçısı kimi inkişaf perspektivimə mənfi təsir göstərdi".
23 yaşlı qolkiperin sözlərinə görə, bu qərarı heç də asan verməyib: "Vəziyyəti hərtərəfli dəyərləndirdikdən sonra, göstərilən münasibət və klubdan aldığım rəsmi cavabları nəzərə alaraq, mövcud müqaviləni birtərəfli qaydada pozmaq qərarına gəldim. Artıq 1 aya yaxındır ki, bu məsələ ilə bağlı rəsmi şəkildə yazışmalar aparılırdı və bütün hüquqi prosedurlar qanun çərçivəsində yerinə yetirildi. “Sabah”da keçirdiyim illərə görə təşəkkür edir, bütün məşqçilərə, komanda yoldaşlarıma və mənə dəstək olan azarkeşlərə minnətdarlığımı bildirirəm. Qarşıda isə yeni hədəflər, yeni meydanlar və daha güclü Yusif İmanov olacaq!".
Burkina-Faso millisinin üzvü "Kəpəz"də - RƏSMİ
"Sumqayıt" hücumçusu ilə yollarını ayırıb - RƏSMİ
Avropada 500-cü qol
“Qarabağ” “Tvente” ilə üz-üzə - YENİLƏNİR
“Araz-Naxçıvan” “Alanyaspor”a qarşı - YENİLƏNİR