AZ

Azərbaycanda havanın temperaturunun 41 dərəcəyədək yüksələcəyi gözlənilir - XƏBƏRDARLIQ

İyulun 12-15-də havanın maksimal temperaturunun Bakıda və Abşeron yarımadasında 35-39, Naxçıvan Muxtar Respublikasında, eyni zamanda, Aran rayonlarında 35-39, bəzi yerlərdə 41, dağlıq rayonlarda isə 27-32 dərəcə isti olacağı proqnozlaşdırılır.


Bu barədə Ekologiya.az-a Milli Hidrometeorologiya Xidmətindən bildirilib.


Bakıda və Abşeron yarımadasında havanın yağmursuz olacağı gözlənilir. Şimal-qərb küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəzlənəcək.


Havanın temperaturu gecə 21-25, gündüz 33-38 dərəcə isti olacaq. Atmosfer təzyiqi 759 millimetr civə sütunu, nisbi rütubət gecə 60-70, gündüz 35-40 faiz təşkil edəcək.


Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli az yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 20-25, gündüz 35-39, dağlarda gecə 10-15, gündüz 20-25 dərəcə isti olacaq.

Seçilən
5
11
ekologiya.az

10Mənbələr