Rusiyanın Moskva vilayətində yerləşən bazarlardan birində OMON (xüsusi təyinatlı polis qüvvələri) tərəfindən keçirilən əməliyyat zamanı xeyli sayda azərbaycanlının saxlanıldığı bildirilir.
Sosial şəbəkələrdə yayılan görüntülərdə, hüquq-mühafizə orqanlarının əməkdaşlarının azərbaycanlı miqrantları zorla avtobuslara mindirməsi, onların sənədlərini yoxlaması və müqavimət göstərən şəxslərə qarşı sərt davranması əks olunub.
Referans xəbər verir ki, hadisənin hansı səbəbdən baş verdiyi barədə rəsmi açıqlama verilməsə də, yerli medianın iddiasına görə, reyd miqrasiya qaydalarının pozulması ilə əlaqələndirilir. Bəzi məlumatlara əsasən, saxlanılanların bir qisminin sənədlərində uyğunsuzluq, digərlərinin isə qeydiyyatsız və icazəsiz çalışdığı bildirilir.
Qeyd edək ki, Rusiyada xüsusilə azərbaycanlı miqrantların sıx çalışdığı ticarət mərkəzlərində, bazarlarda vaxtaşırı bu cür reydlər keçirilir.
Lakin son dövrlərdə bu halların intensivləşməsi və selektiv xarakter alması narahatlıq doğurur.
Mövzu diqqət mərkəzindədir. Əlavə məlumat olduqca yenilənəcək.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta