AZ

TƏCİLİ! Moskva vilayətində OMON azərbaycanlılara qarşı reyd keçirdi –Saxlanılanlar var

Rusiyanın Moskva vilayətində yerləşən bazarlardan birində OMON (xüsusi təyinatlı polis qüvvələri) tərəfindən keçirilən əməliyyat zamanı xeyli sayda azərbaycanlı saxlanılıb.

Sosial şəbəkələrdə yayılan görüntülərdə, hüquq-mühafizə orqanlarının əməkdaşlarının azərbaycanlı miqrantları zorla avtobuslara mindirməsi, onların sənədlərini yoxlaması və müqavimət göstərən şəxslərə qarşı sərt davranması əks olunub.

Musavat.com xəbər verir ki, hadisənin hansı səbəbdən baş verdiyi barədə rəsmi açıqlama verilməsə də, yerli medianın iddiasına görə, reyd miqrasiya qaydalarının pozulması ilə əlaqələndirilir. Bəzi məlumatlara əsasən, saxlanılanların bir qisminin sənədlərində uyğunsuzluq, digərlərinin isə qeydiyyatsız və icazəsiz çalışdığı bildirilir.

Qeyd edək ki, Rusiyada xüsusilə azərbaycanlı miqrantların sıx çalışdığı ticarət mərkəzlərində, bazarlarda vaxtaşırı bu cür reydlər keçirilir.

Lakin son dövrlərdə bu halların intensivləşməsi və selektiv xarakter alması narahatlıq doğurur.

Mövzu diqqət mərkəzindədir. Əlavə məlumat olduqca yenilənəcək.

Seçilən
9
1
musavat.com

2Mənbələr