AZ

"Araz-Naxçıvan"ın rəqibi sabiq "Barselona"Lı ilə gücləndi

“Araz-Naxçıvan”ın UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsindəki rəqibi “Aris” heyətinə yeni oyunçu cəlb edib. 

Fanat.Az xəbər verir ki, Yunanıstan klubu “Selta”nın yarımmüdafiəçisi Karles Peresin keçidini reallaşdırıb. 

Məlumatı Saloniki təmsilçisinin mətbuat xidməti yayıb. 27 yaşlı vinger bir mövsümlük icarəyə götürülüb.

Qeyd edək ki, “Barselona”nın yetirməsi olan Peres kataloniyalıların əsas komandasında 13 oyunda 3 qol vurub, 2 məhsuldar ötürmə edib. İspan futbolçu ötən mövsüm "Selta"Nın heyətində La Liqada 27 oyunda 3 qol vurub.

Qeyd edək ki, "Araz-Naxçıvan" "Aris"lə ilk oyununu iyulun 24-də evdə, cavab görüşünü iyulun 31-də səfərdə keçirəcək.

Seçilən
17
5
fanat.az

6Mənbələr