AZ

“Araz Naxçıvan”ın rəqibi sabiq “Barselona”lını transfer etdi

ain.az, futbolpress-az portalına istinadən məlumat yayır.

“Araz-Naxçıvan”ın Konfrans Liqasının II təsnifat mərhələsindəki rəqibi “Aris” heyətini yeni futbolçu ilə gücləndirib.

Futbolpress.az xəbər verir ki, Saloniki təmsilçisi “Selta”dan Karles Peresi transfer edib. 27 yaşlı vinger 2026-cı ilin yayına kimi icarə əsasında “Aris”də çıxış edəcək.

“Barselona”nın yetirməsi olan Peres kataloniyalıların əsas komandasında 13 oyunda 3 qol vurub, 2 məhsuldar ötürmə edib. O, 2020-ci ildə 13 milyon avro qarşılığında “Roma”ya keçib. Daha sonra icarə əsasında “Selta”, “Xetafe” kimi klublarda oynayan Peres 2023-cü ildə 5 milyon avro qarşılığında birdəfəlik “Selta”ya transfer olunub.

İspan futbolçu ötən mövsüm La Liqada 27 oyunda 3 qol vurub.

“Araz-Naxçıvan” “Aris” ilə ilk oyunu iluyun 24-də Bakıda keçirəcək. Cavab görüşü iyulun 31-də Salonikidə olacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
6
5
futbolpress.az

6Mənbələr