AZ

Təcrübə dövründə necə işləyək ki, bizi işə götürsünlər?

Təcrübəyə gedən şəxslərdə ilk sualda bu olur ki, nə etsəm məni şirkətdə işdə saxlasınlar? 

Valyuta.az xəbər verir ki, təcrübə dövründə səni işə götürmələri üçün sadəcə iş görmək yox, fərq yaratmaq lazımdır. Bunun üçün:

İşi “öz işin kimi” sahiblən

“Təcrübəçiyəm” demə, sanki oranın daimi işçisisən.

Hər tapşırığı vaxtında və hətta gözləniləndən bir az daha yaxşı et.

Kiçik işlərə də eyni ciddiyyətlə yanaş (çünki rəhbərlər bunu görür).

Sual ver və öyrənmək istədiyini göstər

“Bunu necə edə bilərəm?” tipli suallar verərək marağını göstər.

Amma elə suallar ver ki, google ilə həll olunmasın – rəhbərin vaxtını alma.

Proaktiv ol (özünü təklif et)

Tapşırıq bitdisə, “Başqa nə kömək edə bilərəm?” deyə soruş.

Gördüyün bir problemi həll etmək üçün kiçik təklif et (məsələn: “Bunu belə etsək daha sürətli olmazmı?”).

Komandaya uyğunlaş

İşçilərlə mehriban ol, amma çox “söhbətcil” də olma.

Necə ünsiyyət qurduqlarını müşahidə et və uyğunlaş.

Sonda izi burax

Təcrübə dövrünün sonuna yaxın rəhbərə qısa bir “hesabat” təqdim edə bilərsən:
“Bu müddətdə öyrəndiklərim”, “Bu işlərdə iştirak etdim” və s.

Bu həm peşəkarlıq göstərir, həm də səni yadda saxlayırlar.

Qızıl qayda: səni yox, sənsizliyi hiss etsinlər. Yəni gedəndə “Onu niyə saxlamadıq?” desinlər.

Leyli

Seçilən
11
valyuta.az

1Mənbələr