AZ

İcra başçısı onu müavin təyin etdi 

Rüstəmov Cəlil Abbas oğlu Kəngərli Rayon İcra Hakimiyyəti başçısının müavini - ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri vəzifəsinə təyin olunub.

Referans Ajans.az-a istinadən xəbər verir ki, bununla bağlı Naxçıvan Muxtar Respublikası Kəngərli Rayon İcra Hakimiyyətinin başçısı Kamal Ələkbərov sərəncam imzalayıb.

Qeyd edək ki, Cəlil Rüstəmov yeni vəzifəyə təyin olunmazdan əvvəl Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Qanunvericilik və hüquq məsələləri şöbəsinin müdiri vəzifəsində çalışıb.


Seçilən
21
11
referans.az

10Mənbələr