AZ

Cəlil Rüstəmov icra başçısına müavin təyin edildi - FOTO

Cəlil Rüstəmov Kəngərli Rayon İcra Hakimiyyətinin başçısına müavin təyin edilib.


Manset.az-ın əldə etdiyi məlumata görə, imzalanmış müvafiq Sərəncamla Rüstəmov Cəlil Abbas oğlu Kəngərli Rayon İcra Hakimiyyəti başçısının müavini – ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri vəzifəsinə təyin olunub.

Onu ötən gün Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsinin müavini Samir Seyidəhmədli  kollektivə təqdim edib.

Qeyd edək ki, Cəlil Rüstəmov yeni vəzifəyə təyin olunmazdan öncə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Qanunvericilik və hüquq məsələləri şöbəsinin müdiri vəzifəsində çalışıb.

Seçilən
35
11
manset.az

10Mənbələr