AZ

Luis Enrike: “Usman Dembele PSJ-nin ən yaxşı oyunçusudur”

PSJ-nin baş məşqçisi Luis Enrike parislilərin fransalı sağ cinah hücumçusu Usman Dembeleni mövsümün “Qızıl top”una layiq görür.

Arena.az “Marca” nəşrinə istidən, 55 yaşlı ispan mütəxəssisin müvafiq açıqlamasını təqdim edir:

“Düşünürəm, o, xeyli fərqlə bu mövsümün ən yaxşı oyunçusudur. O, hər şeyi qazanmağa layiqdir. O, bütün güc-qüvvəsini komanda naminə verir. O, bizim ən yaxşı oyunçumuzdur, o, müstəsnadır, oyunun gedişatını dəyişir, fərq yaradır. Onun oyununu izləmək – hamı üçün bir zövqdür”, deyə Luis Enrike vurğulayıb.

Əlavə edək ki, Dembele qalibi olduğu 2024/2025-ci illər Çempionlar Liqası mövsümünün ən yaxşı oyunçusu seçilib, həmçinin cari mövsüm üçün “Qızıl top”u qazanmağa əsas namizəd hesab edilir.

Usman Dembele PSJ-yə 2023-cü ilin avqust ayında 50 milyon avro məbləğ müqabilində “Barselona”dan keçib. Fransalı cinah hücumçusunun Paris klubu ilə müqaviləsinin müddəti 2028-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Geridə qalmış 2024/2025-ci illər mövsümündə Dembele PSJ-nin heyətində bütün yarışlarda 52 oyuna çıxıb, 35 qol vurub, 16 məhsuldar ötürmə verib.

Usman Dembelenin Fransa nəhəngi üçün xidməti ümumilikdə 94 oyun, 41 qol və 31 məhsuldar ötürmədən ibarətdir.

Əlavə edək ki, Dembele Fransa Liqa 1-in cari mövsümün 21 qolla ən sərrast qolçusudur. Fransalı hücumçunun hesabında həmçinin 6 məhsuldar ötürmə var.

Dembele PSJ-dən öncə “Barselona”, “Borussiya” (Dortmund) və “Renn”in uğurları üçün çalışıb.

Usman Dembele 2016-cı ilin sentyabr ayında debüt etdiyi Fransa yığmasının heyətində 56 oyun keçirib, 7 qol vurub, 4 məhsuldar ötürmə verib. Usman “xoruzlar”la Rusiyada keçirilmiş DÇ-2018-in qalibi olub.

“Transfermarkt” internet-portalı 28 yaşlı fransalı sağ cinah hücumçusunun transfer dəyərini 90 milyon avro məbləğində qiymətləndirir.

Seçilən
2
3
arena.az

10Mənbələr