Futbol üzrə Braziliya millisinin baş məşqçisi Karlo Ançelotti “Santos” 33 yaşlı ulduz hücumçusu Neymar haqda söhbət açıb.
Arena.az “Ge Globo” dərgisinə istinadən, 66 yaşlı italyan mütəxəssisin müvafiq açıqlamasını təqdim edir:
“Bəli, mən onuna söhbətləşmişəm. Bu, bizim milli komandamız və Dünya Kuboku üçün vacib oyunçudur. O, hazırlaşmalıdır, onun bunu etmək üçün vaxtı var. Bizim onu Braziliya millisinin əsas oyunçusu etmək üçün dəqiq baxışımız var.
Vinisius Juniorun “10” nömrəsi? Bu nömrə Braziliya üçün çox şey deməkdir. O digər futbolçuya da keçə bilər, axı bizim komandamızda bu nömrəni daşımağa layiq çoxlu oyunçular var”, deyə təcrübəli mütəxəssis vurğulayıb.
Xatırladaq ki, Karlo Ançelotti cari ilin may ayında Braziliya millisinin sükanı arxasına keçib. İtalyan mütəxəssisə “selesao”nu 2026-cı il dünya çempionatında zəfərə çatdırmaq tapşırığı qoyulub. Ançelotti Braziliya millisini mundialın final mərhələsinə çıxara bilib. Təzəcə işə başlamış təcrübəli mütəxəssis “selesao”nun sükanı arxasında 2 oyun keçib 1 qələbə və 1 heç-heçə yaşayıb, top fərqi isə 1:0 nisbətindədir.