AZ

"Araz-Naxçıvan" növbəti yoxlama matçını bu gün keçirəcək

Təlim-məşq toplanışını Türkiyənin Ərzurum şəhərində davam etdirən "Araz-Naxçıvan" klubu növbəti yoxlama matçını bu gün keçirəcək.

Bakıvaxtı.az xəbər verir ki, komanda Türkiyə Super Liqası təmsilçisi "Alanyaspor"la üz-üzə gələcək.

Qarşılaşma saat 17:00-da start götürəcək.

Qeyd edək ki, Elmar Baxşıyevin baş məşqçisi olduğu kollektiv UEFA Konfrans Liqasının II təsnifat mərhələsində "Aris"lə (Yunanıstan) üz-üzə gələcək. Komandalar arasında ilk görüş iyulun 24-də Bakıda, cavab matçı isə 31-də Salonikidə baş tutacaq.

Seçilən
1
3
bakivaxti.az

8Mənbələr