AZ

Araz Naxçıvan ın Türkiyədə yoldaşlıq matçı keçirəcəyi rəqiblər müəyyənləşib

Cbcsport saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Təlim-məşq toplanışını iyulun 5-dən Türkiyənin Ərzurum şəhərində davam etdirən “Araz-Naxçıvan”ın yoldaşlıq oyunlarındakı rəqibləri müəyyənləşib.

Komanda hər 3 matçda Türkiyə təmsilçiləri ilə qarşılaşacaq.

İyulun 9-da "Bayburtspor"la üz-üzə gələcək Elmar Baxşıyevin rəhbərlik etdiyi kollektiv bundan 2 gün sonra Türkiyə Superliqası təmsilçisi "Alanyaspor"la qüvvəsini sınayacaq. "Araz-Naxçıvan" üçüncü matçını iyulun 17-də keçirəcək. Bu dəfə rəqib Superliqanın digər təmsilçisi "Trabzonspor" olacaq.

Qeyd edək ki, "Araz-Naxçıvan" UEFA Konfrans Liqasının II təsnifat mərhələsində "Aris"lə (Yunanıstan) üz-üzə gələcək. Komandalar arasında ilk görüş iyulun 24-də Bakıda, cavab matçı isə 31-də Salonikidə baş tutacaq.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
7
1
icma.az

2Mənbələr