AZ

Tehran Moskvanın dəstəyinə ümid edir | VİDEO

AzVision.az xəbər verir ki, İranın Rusiyadakı səfiri Kazem Cəlali “TASS” agentliyinə müsahibəsində belə deyib.

“İran və Rusiya arasında Hərtərəfli Strateji Tərəfdaşlıq Müqaviləsini nəzərə alaraq, ölkələr regional sabitlik və təhlükəsizliyi qoruyub saxlamalı, birlikdə unilateralizmə qarşı çıxmalıdırlar”,- iranlı diplomat bildirib.

Niyə Moskva İrana kömək etmədi? NYT-nin versiyası
Onun sözlərinə görə, Rusiya həm İranın zədələnmiş obyektlərinin bərpasına kömək, həm də gərginliyi azaltmaq üçün vasitəçi kimi çıxış edə bilər.

Xatırladaq ki, iyunun 13-də İsrail İranın nüvə və müdafiə infrastrukturuna qarşı hərbi əməliyyatlara başladı. İyunun 22-də Amerika Hərbi Hava qüvvələrinin HHQ) İranın Fordo, Natanz və İsfahandakı nüvə obyektlərinə zərbələr endirməsilə ABŞ da bu əməliyyata qoşuldu. Ağ Ev rəhbəriDonald Tramp bunun nəticəsində İranın nüvə proqramının tamamilə məhv olunduğunu iddia edib.

İyunun 24-də İsrail və İran tarixə 12 günlük müharibə kimi düşən bu savaşda atəşkıəsin elan olunması barədə razılığa gəldilər.


Sahil İsgəndərov
AzVision.az

Seçilən
115
43
azvision.az

10Mənbələr