O, İstanbul nəhənginin təklif etdiyi layihəyə güvəndiklərini bildirərək bunları deyib:
''Bütün bu dönəmə görə başqan Əli Koça, idman direktoru Devin Özəkə və klubun digər işçilərinə təşəkkür edirik. Layihə bizim çox xoşumuza gəldi. Duran üçün ən yaxşı variantın məhz bu olduğuna qərar verdik. Klub bizə layihələri və hədəfləri barədə geniş məlumat verdi. Təbii ki, Joze Mourinyo kimi məşqçinin varlığı da qərarımızda mühüm rol oynadı. Əslində fərqli ölkələrdən bir çox təkliflər var idi. Amma dediyim kimi ''Fənər''in layihəsinə güvəndik. Klubun qarşısına ən ciddi hədəflər qoyduğunu gördük. Duran da məhz hədəfləri olan və titullar qazanmaq istəyən futbolçudu. Yəni onun və klubun hədəflərinin üst-üstə düşdüyünü gördük. ''Fənərbaxça'' həqiqətən çox böyük klubdu. Bizə görə Türkiyənin ən böyük klubudu. Çempionlar Liqasında təsnifat mərhələsindən mübarizəyə başlayacaqlar. Duran da bu turnirdə əlindən gələni edəcək. Çox xoşbəxtdi. Bu qərarı tək yox, ailəsi ilə birlikdə verdi. Onun üçün gözəl bir fürsət olduğunu bilir. Çox istəklidi və komandaya qoşulacağı günü səbirsizliklə gözləyir. Mourinyo kimi bir məşqçinin əlinin altında çalışmaq onun üçün önəmli addımdı. Əminəm ki, bu işbirliyi çox uğurlu alınacaq və ''Fənərbaxça'' çempionluq həsrətinə son qoyacaq. Duran öz həmyaşıdları arasında hazırda dünyanın ən yaxşı mərkəz hücumçularından biridi''.