AZ

KİV: Dövlət Departamentində kütləvi ixtisarlar iyulun 11-də başlaya bilər

ABŞ Dövlət Departamentində işçilərin irimiqyaslı ixtisarı iyulun 11-də - cümə günündən başlaya bilər.

“Report” xəbər verir ki, bu barədə “Semafor” portalı məlumat yayıb. Məlumata görə, Dövlət Departamentinin əməkdaşları cümə günündən kütləvi ixtisara hazırlaşırlar.

ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Temmi Bryus jurnalistlər üçün keçirdiyi ənənəvi brifinqdə departamentin yenidən təşkili planının icra mərhələsinə qədəm qoyduğunu təsdiqləyib. “Dövlət katibi Marko Rubio tərəfindən təsdiqlənən və ABŞ Konqresinin, eləcə də (Xarici Siyasət Departamenti) əməkdaşlarının reaksiyası fəal nəzərə alınmaqla hazırlanmış plan icraya doğru irəliləyir”, - Brüs bildirib.

Rubio aprelin sonunda elan edib ki, Donald Trampın rəhbərlik etdiyi ABŞ administrasiyası ilk növbədə bürokratik aparatın azaldılması məqsədi ilə Dövlət Departamentinin hərtərəfli yenidən təşkilini həyata keçirəcək. “The Washington Post”un yazdığına görə, Rubionun planına başqa məsələlərlə yanaşı, Dövlət Departamentinin on minlərlə əməkdaşının (təxminən 80 min nəfərdən) işdən çıxarılması, həmçinin bir neçə konsulluğun və xarici siyasət departamentinin bəzi proqramlarının bağlanması daxildir. Xarici siyasət departamentinin mərkəzi aparatında çalışanların təxminən 15 %-nin (təxminən 3 400 nəfər) ixtisar ediləcəyi ehtimal olunur.

Seçilən
37
14
report.az

10Mənbələr