Banco.az saytından alınan məlumata görə, ain.az bildirir.
Müəllif: Tamara Mustafayeva, Banco.az
Almaniya Federal Statistika İdarəsi (Destatis) iyun ayına dair istehlakçı qiymət artımları ilə bağlı məlumatları açıqlayıb.
Banco.az xəbər verir ki, Destatis-in məlumatına görə, Avropa Ittifaqı (Aİ) ilə uyğunlaşdırılmış istehlakçı qiymətləri indeksi iyun ayında illik müqayisədə 2 faiz artıb.
Bloomberg-in sorğusunda iştirak edən 12 iqtisadçının orta proqnozu da qiymətlərin 2 faiz artacağı yönündə olub.
Bununla yanaşı, iyun ayında illik əsasda istehlakçı qiymətləri artımı son 9 ayın ən aşağı səviyyəsinə düşüb.
Almaniyada Aİ standartlarına uyğun istehlakçı qiymətləri indeksi aylıq əsasda isə cəmi 0,1 faiz yüksəlib.
Bizi sosial şəbəkələrdən izləyin!!
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.