Müəllif: Tamara Mustafayeva, Banco.az
Almaniya Federal Statistika İdarəsi (Destatis) iyun ayına dair istehlakçı qiymət artımları ilə bağlı məlumatları açıqlayıb.
Banco.azxəbər verir ki, Destatis-in məlumatına görə, Avropa Ittifaqı (Aİ) ilə uyğunlaşdırılmış istehlakçı qiymətləri indeksi iyun ayında illik müqayisədə 2 faiz artıb.
Bloomberg-in sorğusunda iştirak edən 12 iqtisadçının orta proqnozu da qiymətlərin 2 faiz artacağı yönündə olub.
Bununla yanaşı, iyun ayında illik əsasda istehlakçı qiymətləri artımı son 9 ayın ən aşağı səviyyəsinə düşüb.
Almaniyada Aİ standartlarına uyğun istehlakçı qiymətləri indeksi aylıq əsasda isə cəmi 0,1 faiz yüksəlib.
Bizi sosial şəbəkələrdən izləyin!!