AZ

Peskov: “Moskva Əliyev-Paşinyan görüşünü alqışlayır” -VİDEO

Moskva Bakı ilə İrəvan arasında BƏƏ-nin paytaxtı Abu-Dabidə keçirilən birbaşa dialoqu alqışlayır.

 

Senzor.az bildirir ki, Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov keçirdiyi brifinqdə belə deyib.

 

Onun sözlərinə görə, Rusiya hakimiyyəti dəfələrlə iki ölkə arasında sülh müqaviləsinin mümkün qədər tez imzalanmasını alqışlayacağını bildirib.

 

“Biz, əlbəttə ki, Bakı və İrəvan arasında birbaşa dialoq faktını alqışlayırıq. Məhz belə bir sülh müqaviləsinin imzalanması regiona proqnozlaşdırıla bilən, sabitlik və sülh əlavə edəcək mühüm amilə çevriləcək. Biz bu prosesi tam dəstəkləyirik”, - Kremlin sözçüsü vurğulayıb.

 

Qeyd edək ki, bu gün Azərbaycan Prezidenti İlham Əliyev BƏƏ-nin paytaxtı Əbu-Dabidə Ermənistanın Baş naziri Nikol Paşinyanla təkbətək formatda görüş keçirib.

  

Onu da xatırladaq ki, İlham Əliyevlə Nikol Paşinyan arasında əvvəlki görüş 2025-ci ilin mayında Albaniyanın paytaxtı Tiranada Avropa Siyasi Birliyinin sammiti çərçivəsində baş tutmuşdu. Həmin görüşdə tərəflər dialoqu davam etdirməyə hazır olduqlarını bildirmişdilər.

Seçilən
16
31
senzor.az

10Mənbələr