AZ

Kremldən İlham Əliyev-Paşinyan görüşü ilə bağlıAÇIQLAMA

“Rusiya Birləşmiş Ərəb Əmirliklrinə keçirilən yüksək səviyyəli birbaşa Azərbaycan-Ermənistan danışıqlarını dəstəkləyir“.

AzPost bildirir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov brifinqdə deyib.

“Biz belə birbaşa dialoq faktını alqışlayırıq. Biz müxtəlif səviyyələrdə dəfələrlə demişik ki, sülh müqaviləsinin mümkün qədər tez imzalanmasını alqışlayacağıq. Məhz belə bir sazişin imzalanması regiona proqnozlaşdırıla bilən, sabitlik və sülh əlavə edəcək çox vacib amil olacaq”, – Peskov vurğulayıb.

Qeyd edək ki, iyulun 10-da Əbu-Dabidə Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında danışıqlar gedir.

AzPost.az

Seçilən
24
31
azpost.info

10Mənbələr