News24 saytından alınan məlumata görə, ain.az bildirir.
Paytaxt sakini mağazadan aldığı çörəyin keyfiyyətindən narazı qalıb. Alıcı bildirib ki, çörəyi paketdən çıxararkən məhsul əlinə yapışıb və yeyilməsi üçün yararsız vəziyyətdə olub.
İstehlakçının şikayəti belə halların səbəbinin çörəyin tərkibindən, hazırlanma texnologiyasından və ya satış məntəqələrindəki saxlanma şəraitindən qaynaqlana biləcəyini gündəmə gətirir.
News24.az xəbər verir ki, məsələ ilə bağlı Musavat.com-a açıqlama verən Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib ki, bu problem bir neçə səbəbdən yarana bilər və istehlakçılar diqqətli olmalıdırlar:
“Çörəyin yapışqan olması çox vaxt onun tərkibindəki unun bakteriya ilə çirklənməsindən xəbər verir. Buna kartof xəstəliyi deyilir. Bakteriya ilə yoluxmuş un istifadə olunarsa, xəmirin fermentasiya prosesi pozulur və nəticədə bişmiş çörəyin içi yapışqan, yaş və qeyri-sağlam strukturda olur”.
Eyyub Hüseynovun sözlərinə görə, bu hal yalnız unun keyfiyyəti ilə deyil, çörək zavodlarında avadanlıqların sanitar vəziyyəti ilə də əlaqəlidir:
“Əgər zavodun xəmir yoğurma və bişirmə avadanlıqları çirklənmiş unludursa, təmizlənmirsə bakteriyalar orada çoxalır və növbəti partiya çörəyə də keçir. Belə çörəyin istehlakı mədə-bağırsaq xəstəliklərinə səbəb ola bilər”.
Sədr qeyd edib ki, çörəklərin rəsmi yararlılıq müddəti 76 saatdan çox deyil. İstehlakçı çörək alarkən görünüşünə, qoxusuna və toxumasına diqqət etməli, şübhəli vəziyyət görərsə, mütləq istehsalçıya və Qida Təhlükəsizliyi Agentliyinin 1003 qaynar xəttinə məlumat verməlidir. Bununla yanaşı, çörək mağazalarda uyğun temperatur və rütubət səviyyəsində saxlanılmalıdır.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.