Kişinyov məhkəməsi prokurorun tələbi ilə Qaqauziya muxtariyyətinin rəhbəri Yevgeniya Qutsulun həbs müddətini daha 30 gün uzadıb.
Publika.az xəbər verir ki, bu barədə məhkəmənin qərarında deyilir. Ounun ev dustaqlığı müddəti 2025-ci il iyulun 14-də başa çatmalı idi.
"Prokuror Adriana Skutarunun Yevgeniya Qutsulun ev dustaqlığının 30 gün müddətinə uzadılması ilə bağlı vəsatəti təsdiq edilib", - hakim Serqey Cobanu hökmü oxuyub.
Xatırladaq ki, Moldova Milli Antikorrupsiya Mərkəzi Qaqauziya rəhbərini hələ 2023-cü ildə başlayan cinayət işi çərçivəsində Kişinyov hava limanında saxlayıb. Qutsul partiyasını qanunsuz olaraq maliyyələşdirməkdə ittiham olunur.
Prokurorluq siyasətçinin 9 il müddətinə azadlıqdan məhrum edilməsini və onun növbəti 5 il ərzində rəhbər vəzifələrdə işləməsinə qadağa qoyulmasını istəyib.
Yevgeniya Qutsulla bağlı başqa xəbər də var. O, mətbuata bildirib ki, sentyabrın 28-də Moldovada keçiriləcək növbədənkənar parlament seçkilərində müxalifətin “Qələbə” blokundan namizədlər siyahısında lider olmağa hazırdır.